F-1.az xatırladır ki, britaniyalı sürücü bu il mövsümü 7-ci yerdə bitirərək, orta qrup komandalarının sürücüləri arasında birinci yeri tutub. Bundan başqa orta qrupdan podiuma yüksələn yeganə sürücü olub.
Andreas Zaydl: “Nəticələrə baxsaq, Red Bull, Ferrari və Mercedes-dən başqa podiuma çıxna yeganə komanda olmağımız gözəl haldır. Bunun nəticəsi olaraq Lando mövsümü 7-ci yerdə bitirdi. Bu da o deməkdir ki, orta qrup komandaların sürücüləri arasında birinci olub. Bolidin zəif olmasına baxmayaraq, ALndo inanılmaz mövsüm keçirdi”.