F-1.az xatırladır ki, mövsümün sonuna 3 yarış qalıb və McLaren hazırda turnir cədvəlində 4-cü yerdədir. Britaniya təmsilçisi üçüncü yerdəki Racing Pointdən sadəcə bir xal geridə qalır.
Andreas Zaydl: “Çox vacib olmasa da, buraya kiçik texniki yeniliklərlə gəldik. Çempionatda yaxşı yer tutduqca pul mükafatının da miqdarı artır. Buna görə mübarizəyə davam edəcəyik. Ən yaxın rəqiblərimizi məğlub etməliyik. Əsas məsələ budur. Qalan üç həftəsonu üçün işimizə fokuslanmalıyıq.
MCL35-in ən sürətli 3-cü ya 4-cü maşın olduğunu deyə bilmərik, ancaq inkişaf etmişik və rəqabətədavamlıyıq. Komandamızda birlik var və ümid edirəm ki, bu bizə kömək edər”.