F-1.az xatırladır ki, 2021-ci ildəm etibarən idman və texniki reqlamentdə bəzi dəyişikliklər olacaq və bunlardan biri 175 milyon dollarlıq büdcə limitidir. Buna görə də əksəriyyət düşünür ki, komandaların qüvvələri bərabərləşəcək.
Andreas Zaydl: “Böyük komandalar pulları olduğu üçün zirvədədirlər. Eyni zamanda bizdən daha yaxşı iş görürlər. Əvvəlcə bunu anlamalıyıq. Büdcə limiti gələcəkdə güclərin bərabərləşməsi üçün vacibdir. Biz bunu həmişə dəstəkləmişik, çünki geridönüş etməyimiz üçün bu, çox vacibdir. Lakin üç böyük komanda yenə daha çox resursdan istifadə edəcəyi üçün üstünlükləri olacaq. Daha əvvəl dediyim kimi yaxşı iş görürlər və 2020-ci ildə də bunu edəcəklər. Buna görə də üstün olacaqlar”.