A.Zaydl: Bizi maraqlı yarış gözləyir

F-1.az bildirir ki, McLaren komanasının rəhbəri İnterlaqosda yeni nəsil maşınların mübarizəsinin maraqlı olacağını düşünür.

Andreas Zaydl: “Tras maraqlıdır, özünəməxsus döngələri, hündürlük fərqləri və nahamarlıqları var. Yeni maşınların belə şəraitdə özlərini necə göstərəcəkləri, ötmələrin daha çox olub olmayacağı maraqlıdır. Bundan əlavə, azarkeşlərin və komandaların marağına səbəb olacaq sprint yarışı bizi gözləyir. Bəzi çətinliklərə hazırlıqlı olmalıyıq, lakin bizim ixtiyarımızda cümə günü yalnızca bir sərbəst yürüş sessiyası olacaq.

Bundan əlavə, nəzərə almalıyıq ki, bizə ehtiyat hissələri lazım ola bilər, çünki bu trasda maşınların zədələnmə riski çox yüksəkdir. Eyni zamanda sprint yarışı da xal qazanmaq üçün bir fürsətdir. Buna görə də, tamaşaçıların diqqətini çəkməlidir. Qarşıda mövsümün son iki mərhələsi var. Yaxşı çalışmalıyıq və əlimizdən gələni etməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*