F-1.az xatırladır ki, əksəriyyət keçən ilin sonunda Rəykkönenin karyerasını bitirəcəyini düşünürdü. Lakin Ferrari gözlənilmədən veteran sürücüsü ilə müqaviləni daha bir il uzatmışdı.
Aleks Vürs: “Bilmirəm neçə canı var. Deyirlər ki, bir pişiyin 9 canı olur, amma Kiminin deyəsən 12 canı var. Yarışdan sonra saniyəölçən sürücünün yaşını hesablamır. Ferrari onun performansından razı qalsa, bir il də saxlaya bilərlər”.