F-1.az xatırladır ki, Ferrari komandası mövsümöncəsi testlərdə halo sistemini test etmişdi və sistem Formula1 ictimaiyyəti tərəfdən birmənalıq arşılanmayıb. Formula1 sürücüləri sistemin görünüşündən razı qalmayıblar.
Aleksandr Vürs: “Əgər siz məndən halonun gözəl olduğunu soruşsanız, mən inkar cavab verərəm. Amma doğru sistem olub-olmadığını soruşsanız, mən müsbət cavab verərəm və sürücülərin də çoxu mənimlə razılaşar.
Biz səsvermə başlatdıq və səsvermə bu yöndə olmuşdu. Hamı halonu dəstəklədi.
Mən yenə də təkrar edirəm. Mən sistemin funksiyası barədə danışıram, gözəlliyi barədə yox. Gözəllik insanların zövqünə görə dəyişir.
Əgər sizin bəxtiniz yoxdursa, və başınıza hər hansı bir cisim gəlsə, halo sizin həyatınızı xilas edə bilər.
Bu sizin istedadınıza və ya cəsarətinizə təsir etməz. Qırmızı Su dərəsindən yenə də 320 km/saat sürətlə keçəcəksiniz.
Bizim üçün əsas funksiyadır. Dizaynerlər bunu həm daha əlverişli, həm də daha gözəl düzəldə bilərlər. Sistemin dizaynı daha da gözəlləşə bilər.
Bu sistemin yekun versiyası olmayacaq. Hələ təkmilləşəcək. Sistem 2-3 il ərzində daha gözəl görünəcək”.