F-1.az xatırladır ki, McLaren komandası üçhəftəlik yenilik planı hazırlayıb. Onların ilki Avstriya Qran Prisinə gətirilib.
Yeniliklər bu həftəsonu yalnız Lando Norrisdə olacaq. Vəziyyətə görə gələn həftə Oskar Piastri də yeniliklərdən istifadə edəcək.
Yeniliklər hələki yaxşı işləyir. Lando Norris poul uğrunda mübarizə apardığı halda, Oskar Piastri sıralanma turunun son sessiyasına qala bilməyib. Britaniyalı sürücü sıralanma turunda 4-cü yeri tutub.
Komandanın rəhbəri Andrea Stella isə bir az təmkinli danışıb. O, bildirib ki, Piastri komanda yoldaşı Norrisdən sadəcə 0.175 saniyə geridə qalır və buna görə də paketlər arasında fərq elə də çox deyil: “Bura Avstriyadır və dövrəvi nəticələr hər şeyi dəqiq göstərmir.
Oskarın ikinci sessiyada silinən nəticəsinə baxsaq, əslində Landodan çox geridə qalmadığını görərik. Bu da yeni paketdən olan gözləntilərimizi qarşılamır.
Mənim üçün ən vacib şey yeniliklərin gözlədiyimiz kimi işləməsidir. Heç şübhəsiz ki, bu növbəti yeniliklər üçün yaxşı təməl olacaq. Nəticədən asılı olmayaraq bu təməl bizim üçün çox vacibdir. Nəticədən asılı olmayaraq deyirəm, çünki Oskarın da son sessiyaya çıxmasını istəyərdim.
Yenə də bir az ehtiyatlıyam, çünki Avstriya bir az Barselona trasına bənzəyir və orada da sıralanma turunda üçüncü olmuşduq. Ancaq aradakı fərq daha böyük idi. Buradakı fərqlərə baxaraq, daha rəqabətədavamlı olduğumuzu düşünürəm.
Avstriyada müsbət hallar var, amma bu digər traslarda da olmalıdır. Uzun əylənmə zonası və yüksək sürətinə görə Avstriya bizim üçün əlverişli trasdır”.