A.Stella: Yavaş döngələr işimizi çətinləşdirəcək

McLaren komandasının rəhbəri Andrea Stella düşünür ki, Spanın yavaş döngələri onlara çətinlik törədə bilər.

F-1.az xatırladır ki, McLaren komandası Avstriyaya gətirdiyi yeniliklərdən sonra ön qrupa yaxınlaşıb. “Narıncılar” son iki yarışda podiumda olublar və hazırda ən sürətli ikinci komansa təəssüratı yaradırlar.

Komanda onlar üçün əlverişsiz olan Macarıstanda podium qazanıb və Spada onlardan daha güclü performasn gözlənilir.

Andrea Stella: “Spa yüksək sürətli tras kimi məşhur olsa da, reallıqda sadəcə 10-cu döngəni tam sürətlə keçə bilirsiniz. Birinci döngəni 80 kilometr/saatla, səkkinci döngəni 100 kilometr/saatla, son döngəni isə 90 kilometr/saat kimi aşağı sürətlə keçirsiniz.

Özümü təkrarlamaq istəmirəm. Amma bir az təmkinli olmalıyıq. Hazırda üç döngədə vaxt itiririk. Buna görə də ümumi performandan əlavə olaraq, maşınımızı trasın tələblərinə sürətlə öyrəşdirməliyik.

Məsələn, bolidin yüksəkliyinə diqqət etməliyik. Eau Rouge döngəsini alçaq altlıqla keçmək olmaz. Əks halda problem yaranar. Bolidin sazlanması fərq yarada bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*