F-1.az xatırladır ki, “narıncılar” bu il peletondakı ən gənc sürücü heyərinə malikdirlər. Formula1-də 5-ci mövsümünü keçirməyə hazırlaşan Norrisin 23, İdmanda bu il debüt edən Piastrinin isə 21 yaşı var.
Andrea Stella: “Landonu təkcə komandada tutmaq yox, həm də lider kimi görmək istəyirik. Daha əvvəl böyük sürücülər vaxtı gələndə liderliyi ələ almışdılar və əminəm ki, Lando bu işə hazırdır.
İndi isə işimizə köklənməliyik. Biz xoşbəxt olsaq, Landonun da üzü güləcək. Əgər bolidi doğru yöndə təkmilləşdirsək, Lando komandada qalacaq”.