A.Stella narahat deyil

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, müştəri komanda olmaqları onların uğur qazanmasına əngəl deyil.

F-1.az xatırladır ki, Aston Martin komandası 2026-cı ildə Mercedes-dən imtina edərək, Honda motorlarını istifadə etmək qərarı alıb. Bu isə o deməkdir ki, “yaşıllar” baza komandası olacaq.

Bununla da peletonda baza komandası olmayan 3 kollektiv qaldı: Williams, Haaa və McLaren. Bu komandalar arasında McLaren diqqət mərkəzinə düşür. “Narıncılar” 2018-ci ildən bəri müştəri komandasıdır və 2026-cı ildə tərəfdaşlıq edəcəyi bir istehsalçı tapa bilməyib. Onlar böyük ehtimalla Mercedes motorlarından istifadə edəcəklər.

Buna baxmayaraq, onlar dəfələrlə bildiriblər ki, Mercedes-dən asılı deyillər və başqa istehsalçılarla danışıqlar aparırlar.

Andrea Stella: “2026-cı il üçün müqavilə bağlamaq üçün McLaren kimi şassi istehsalçısı güc qurğusu istehsalçılarına təsir etməlidir. Digər istehsalçılarla danışıqlar aparanda bu prinsip üzərində işləyirik. Nə istədiyimizi bilirik. Düzünü desəm, danışığlar çətin getmir.

Əsas odur ki, bütün parametrlərdə güclü olaq. İki vacib məqam var: Birincisi güc qurğusunu bolidə yerləşdirə bilmək, ikincisi də güc qurğusunun necə performans göstərəcəyi.

İkinci kateqoriayaya baxsaq, hazırda FİA müştəri komandaları ilə baza komandalarının eyni parametrdə işləmələri üçün əlindən gələni edir. Əgər problem millisaniyələrdirsə, şassini və aerodinamikanı təkmilləşdirərək, bunu kompensə edə bilərik.

Düzdür, bəlkə də müştəri komandası statusunda yarışmaq ideal deyil, ancaq uğur üçün baza komandası olmaq əsas faktor deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*