F-1.az xatırladır ki, McLaren mövsümə pis başlayıb və Bəhreyn yarışını tam heyətlə yarıda dayandırıb.
Andrea Stella: “Hazırda asfaltayatma qüvvəsi ən zəif nöqtəmizdir. Lakin inkişaf sürətini artıra bilərik. Hazırda yatırımlarımızın da səbəbi budur.
Komandamız özünə gələ və rəqibləri geridə qoya bilər. Bolidimiz inkişafa açıqdır. Bolidin potesnsiallı nöqtələri çoxdur. Sadəcə təqdimata çatdıra bilmədik.
Bolid hər yarış inkişaf edəcək və dördüncü yarışa vacib yeniliklərlə gedəcəyik. Keçmişdə mövsümiçi inkişafımız yaxşı olub. Bizim də məqsədimiz budur. McLaren-in 2009-cu ildə etdiyini təkrarlamaq istəyirik. Xatırlayıram ki, çox sürətlənmişdilər. Eyni hal 2012-ci ildə də baş vermişdi. Ümid edirəm ki, 2023-cü il də bu siyahıya əlavə olunar”.