A.Stella: Mayamidəki yarış çətin oldu

Çətin günlər keçirən və ürəkaçan nəticələr əldə edə bilməyən McLaren komandası İmoladakı yarışa ümidlə baxır

F-1.az xatırladır ki, komanda cari mövsümdə geridə qalan 5 yarışın sadəcə ikisində xal qazanmağa nail olub – Melburnda hər iki sürücü ilk onluqda yer alıbsa da, Bakıda buna yalnız Lando Norris nail olub. Hələ ki, ən yaxşı nəticə də gənc britaniyalının Albert Parkda əldə etdiyi altıncılıqdır.

Mayamidəki son yarış McLaren üçün əsl fiasko ilə nəticələnib – komandanın sürücüləri yalnız 17 və 19-cu ola biliblər.

Andrea Stella: “Bakıda keçirdiyimiz pis olmayan yarışdan sonra Mayamidə daha çətin anlar yaşadıq, orada xal qazana bilmədik. Komanda yenidən güclənib və indi biz İmolada yarışmağa hazırıq – bu trasdakı yarışdan etibarən həftəlik fasilələrlə ayrılmış üç yarışlıq seriya başlayacaq.

McLaren bazasında iş tam sürətlə gedir, komanda növbəti yarışlarda təqdim olunacaq daha bir yeniliklər seriyasını hazırlayır. Bunun sayəsində maşınımız daha rəqabətqabiliyyətli olacaq. Növbəti mərhələlərdə yenə xallar uğrunda mübarizə aparmalıyıq və buna nail olmaq bizim əsas vəzifəmizdir.

Sürücülərin nöqteyi-nəzərindən İmola maraqlı trasdır, yüksək sürət keçilən hissələr və müxtəlif konfiqurasiyalı döngələr var. Əvvəllər biz orada yaxşı nəticələr göstərirdik. İndi də bəziləri təcili diqqət tələb edən, bəziləri daha uzaq perspektiv məsələsi olan müxtəlif vəzifələrin həllini davam etdirərək həmin müsbət təcrübədən istifadə etməyə çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*