F-1.az xatırladır ki, italiyalı mühəndis 2000-2014-cü illərdə Ferrari-də işləmiş, 2015-ci ildə McLaren-ə transfer olunmuşdu.
Andrea Stella: “Əslində bu komandalar düşündüyünüzdən də çox bir-birinə bənzəyirlər. Qaydalar və hədəflər eynidir. Lakin Ferrari daha çox işçiyə və bazaya sahibdir. Ancaq biz də bunun üzərində işləyirik. McLaren bunun üçün böyük sərmayə qoyub”.