F-1.az xəbər verir ki, Andrea bu ildən etibarən idarə edəcəyi komandanın əsas sürücüləri barədə fikirlərini bölüşüb.
Andrea Stella: “Altmışıncı ildönümündə komandaya rəhbərlik etmək mənim üçün böyük şərəfdir. McLaren-in istedadlı və təcrübəli peşəkarlardan ibarət komandası var və biz indi birlikdə son aylarda gərgin işin nəticəsi olan MCL60-ı trasa çıxarmaq fürsətini gözləyirik.
Qış fasiləsində biz Oskar Piastri ilə tanış olduq, onu McLaren Texnologiya Mərkəzində qonaq etdik və mövsümün əvvəlinə qədər möhkəm işgüzar münasibət qurmaq üçün birlikdə çalışdıq. Təvazökarlığı, parlaq intellekti və fədakarlığı sayəsində böyük hörmət qazanaraq komandaya tez öyrəşdi. Liderimiz Lando Norrislə birlikdə olmaq çox gözəl dir.. Oskarla və onun timsalında bizim güclü və istedadlı pilotlarımız var”.