F-1.az xatırladır ki, “narıncılar” 2022-ci ildə 5-ci olublar və 2021-ci ilə nisbətən geriləyiblər.
Andrea Stella: “Bəzi sahələrdə ən güclülərlə eyni səviyyəyə gəlmişik. Məsələn, pit-stoplarda güclüyük. Hazırda pit-stoplara ikinci ya da üçüncü yerdəyik. Bu sahədə güclənmək üçün bir il də məşq etməliyik.
McLaren-in güclü olduğu başqa sahələr də var. Məsələn, yarış strategiyası. Lakin inkişaf etməli olduğumuz sahələr çoxdur. Məsələn, 2022-ci ildə əməliyyat cəhətdən daha yaxşı işlər görə bilərdik. Yavaş-yavaş inkişaf edirik”.