F-1.az xatırladır ki, McLaren komandası 2023-cü ilin bolidini hazırlamaqda gecikmiş və buna görə də Azərbaycan Qran Prisinə böyük yeniliklər gətirəcəklərini bildirmişdi.
Andrea Stella: “Bolidin zəif yönlərindən danışanda aerodinamik tərəfi nəzərdə tuturuq. Bu o demək deyil ki, bolid çox maneələrə rast gəlir. Sadəcə asfaltayatma qüvvəsi və maneə nisbəti istədiyimiz səviyyədə deyil. Bu bizim əsas zəifliyimizdir.
Bakı üçün yeniliklər hazırlayırıq və ilk göstəricilər ümid verir. Düşünürəm ki, bu yeniliklərlə beşliyə düşərik. Ancaq bu bizim üçün yetərli hədəf deyil. Biz dördlüyü hədəfləyirik”.