A.Senna niyə Ferrari-yə keçməyib?

FİA-nın prezidenti Jan Todt 1994-cü ildə Sennanı transfer etməmə səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, Todt o illərdə Ferrari komandasının rəhbəri idi. Həmin illərdə Senna komandası McLaren-də xoşbəxt deyildi və Williams-la Ferrari-yə keçmək üçün əlindən gələni edirdi.

Jan Todt: “Üç saat ərzində otağımda onun Ferrari-yə transferi barədə danışdıq. 1993-cü ilin Montsa yarışı idi və Ferrari-yə keçmək istəyirdi. 94-cü ildə qırmızı kambinezon geyinmək istəyirdi. Bizim isə Berger və Alezi ilə müqaviləmiz var idi. Bu barədə ona dedin. Mənə dedi ki, F1-də müqavilələr vacib deyil. Mən isə cavabında “mənimçün vacibdir” dedim. Növbəti yarış olan Portuqaliyada Prost ilin sonunda idmandan gedəcəyini açıqladı və Sennanın Williams-a keçmək üçün yolu açıldı. Lakin bu qərar fəlakətlə nəticələndi. Çünki mövsümün üçüncü yarışı olan İmolada qəza edərək öldü”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*