F-1.az xatırladır ki, gənc pilot testlərin 1-ci və 4-cü günlərində komandanı təmsil edib və ümumilikdə 133 dövrə vurub. Testlərin son günündə 75 dövrəlik məsafə qət edib və 3-cü nəticə göstərib.
Alfonso Selis: “Aerodinamika sahəsində testlərlə yanaşı, başqa sahələr üzərində də işlədik. Hər şey qaydasında getdi və proqramımıza uyğun işləyə bildik. Maşının etibarlılığından əmin olduq.
Səhər seansında medium, nahardan sonra isə soft təkərlərlə işlədik. Özümü maşında rahat hiss etdim. Sükan arxasında çox şey öyrəndim. Bu həftə mənim üçün əla keçdi. Hamımız mövsümün başlanması üçün səbrsizlənirik…”