A.Selis Force İndia-nın yeni bolidini ilk idarə edən sürücü olacaq

Meksikanın gənc və istedadlı pilotlarından biri olan Alfonso Selis keçən ilin sonunda Force İndia-nın təkmilləşdirmə proqramı üzrə sürücüsü seçilmişdi.

F-1.az xəbər verir ki, komanda rəsmi twitter bloqunda qarşıdakı mövsümöncəsi testlərdə sürücülər il qrafikini açıqlayıb. Komandanın yeni maşını WJM09-u ilk mövsümöncəsi testlərin 1-ci və 4-cü günü Alfonso Selis, 2-ci günü Serxio Peres, 3-cü günü isə Niko Hülkenberq idarə edəcəklər.

Komandanı martın əvvəlində keçiriləcək 2-ci testlərin 1-ci və 3-cü günlərində Niko Hülkenberq, 2-ci və 4-cü günlərində isə Serxio Peres təmsil edəcək.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*