A.Seliş Əbu Dabidə məşqlərdə iştirak edəcək

Meksikalı gənc sürücü Niko Hülkenberqi əvəz edəcək.

F-1.az xəbər verir ki, Force İndia komandasının devoloper sürücüsü Alfonso Seliş cümə günü Əbu Dabidə keçiriləcək ilk sərbəst yürüş sessiyasında komandaya kömək edəcək. O, Niko Hülkenberqin əvəzinə trasa çıxacaq.

Bu, Alfonsonun cari mövsümdəki ilk təcrübəsi olmayacaq. Bəhreyn, Rusiya, Avstriya, İtaliya və ABŞ-da sərbəst yürüşlərdə sükan arxasına keçən sürücü Barselonada dördgünlük testlərdə də iştirak etmişdi.

İlk sessiyada gənc sürücünün köməyindən istifadə edəcək yeganə komanda Force İndia olmayacaq – Manor komandası Esteban Okonun əvəzinə Cordan Kinqin trasa çıxacağını artıq təsdiq edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*