F-1.az xatırladır ki, Alfonso Seliş keçən ilin sonunda Force İndia komandasına transfer olub. Müqaviləyə əsasən meksikalı sürücü bu mövsüm 7 dəfə sərbəst yürüşlərdə iştirak etməlidir.
Qeyd edək ki, 19 yaşlı sürücü keçən ilin sonunda Əbu Dabidə keçirilən Pirelli-nin təkər testlərində iştirak edib. Bundan başqa, bu il Seliş Barselonada keçirilən mövsümöncəsi testlərdə VJM09-u ilk dəfə idarə edib.
Komandadan verilən açıqlamaya görə, Seliş sərbəst yürüşlərdə Serxio Peresi əvəz edəcək…