F-1.az xatırladır ki, Alfonso Seliş Formula1 bolidində son dəfə aprelin ortalarında Bəhreyndə keçirilən mövsümiçi testlərdə əyləşmişdi. O, hazırda Formula V8 3.5 seriyasında çıxış edir və çempionatda lider Pyetro Fittipaldidən 16 xal az toplayaraq üçüncü yerdədir.
A.Seliş Avstriya və Macarıstanda məşqlərdə iştirak edəcək
Force İndia-nın ehtiyat sürücüsü hər iki halda cümə günü məşq edəcək - Red Bull Rinqdə Serxio Peresin, Hunqarorinqdə isə Esteban Okonun maşınının sükanı arxasına keçəcək.