F-1.az xatırladır ki, Rossi keçən il Sinqapur, Yaponiya, Amerika, Meksika və Braziliya QP-lərində Mehrini əvəz edib.
Rossinin 2016-cı ildə Manor komandasında yarışacağı gözlənilsə də, onun yerini İndoneziya höküməti tərəfindən dəstəklənən Rio Haryanto tutub.
Amma amerikalı sürücü Formula1 xəyalından əl çəkməyəcəyini deyib: “Mən bilirdim ki, bir ölkəyə qarşı mübarizə aparıram. Qalib gəlmək çətin idi, çünki İndoneziya daha güclü idi.
Mən 2015-ci ilin sonunda düşündüm ki, 2016-cı il üçün Formula1-dəki yerim hazırdır. Amma yeni bolid Mercedes mühərrikləri ilə təchiz edildiyi üçün, insanlara daha cəlbedici göründü. Mən bilirdim ki, yer üstündə gərgin mübarizə olacaq.
Keçən il yarışmaq üçün özümü yaxşı tərəfdən göstərdim, amma həyatda hər şey istədiyiniz kimi olmur.
Çalışacağam ki, Formula1-də qalım və əlaqələrimi saxlayım. Manor-la çox güclü əlaqələrim var. Digər alternativləri də dəyərləndirməliyəm. Başqa alternativlərim var və bu sirr deyil”.