F-1.az xəbər verir ki, Aleksandr Rossi Andretti komandası ilə İndyCarda yarışacaq. Rossi Manor komandası ilə yeni müqavilə bağlayıb. Amerikalı sürücü müqaviləyə əsasən 11 yarışda Manor komandasının ehtiyat sürücüsü olmalıdır.
Rossi keçidi barədə açıqlama verib: “Formula1-də yarışmaq üçün həmişə hazır olmalıyam. Bu il Manor-da yarışa bilmədiyim üçün məyus oldum, amma komandanın ehtiyat sürücüsü oldum və bəzən sərbəst yürüşlərdə sükanın arxasına keçəcəm.
Formula1-də təcrübə çox vacibdir və mən inanıram ki, bu macəra mənə təcrübə qazandıracaq”.