F-1.az xatırladır ki, Aleksandr Rossi keçən mövsüm 5 yarışda iştirak etmiş və Stivensdən daha yaxşı təsir bağışlamışdı.
Pilot bu barədə Sky Sport-a danışıb: “Demək olar ki, hər gün görüşlər olur və müzakirələr aparırıq. Bir neçə həftə sonra Barselonada maşının sükanı arxasına keçəcəyimi düşünürəm. Bu müzakirələr bəzən çox vaxt aparır. Mən buna alışmışam. Müzakirələr müsbət yöndə gedir və ümid edirəm ki, yaxın günlərdə sizə verəcəyim yaxşı xəbərlərim olacaq…”