A.Rins xüsusi motosiklet istəmir

LCR Honda komandasının sürücüsü Aleks Rins bildirib ki, yeni komandasından xüsui motosiklet istəməyəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü altıillik MotoGP karyerası ərzində ancaq Suzuki-də yarışıb. O, bu ildən Honda motosikleti sürməyə başlayacaq.

Aleks Rins: “Honda-ya gələrkən başqa motorlarda təcrübə sahibi olub-olmamağın fərqi yoxdur. Düzdür, Suzuki döngələrdə daha yaxşıdır, amma altı il idi ki, eyni motosikletdə yarışırdım.

Yeni motosikletə öyrəşmək üçün saatlarla vaxt lazımdır. Bu ay Honda 1000 motosikleti ilə trasda məşq edəcəm, amma onun effekti ilə yarış motosikletinin effekti eyni deyil.

Honda-dakı işçilərdən Suzuki bənzəri motosilet tələb etməyəcəm, çünki Honda-nın həm pis, həm də yaxşı tərəfləri var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*