F-1.az xatırladır ki, Suzuki keçən ilin sonunda idmandan ayrıldıqdan sonra Rins LCR Honda komandasına keçib. İspaniyalı sürücü iki yarışdan sonra 13 xal toplayaraq, 12-ci yerdə qərarlaşıb və ən çox xal toplayan Honda pilotudur. Ancaq unutmayaq ki, Markes və Mir bu il qəzalar və zədələr üzündən düz-əməlli yarışa bilməyib.
Aleks Rins: “Honda mənə çox az inanır. Məndən istifadə etmirlər. Argentinada yaşananlar buna gözəl misaldır. Markın şassisini test edənsən sonra Mirinkini də test etmək istəsəm də, icazə vermədilər. Onlarla danışmaq istəsəm də, çox sərtdirlər.
Motosiketdə hansı sazlanmanı seçəcəyimizə Honda qərar verir. Mark və Xoandan fərqli sazlanmalar istifadə etmək istəsəm də, onlar əlimi-qolumu bağlayırlar”.