F-1.az xatırladır ki, keçən ayın əvvəlində Formula1-in yeni sahibi Liberty Media şirkətinin icraçı direktoru Qreq Maffey bizim yarışın təşkilatçılarını tənqid edərək bildirmişdi ki, Bakı sadəcə yarışı keçirmək üçün üzvlük haqqı ödəməklə kifayətlənir və uzunmüddətli perspektivə çalışmayaraq idmana kömək etmir. Çeyz Keri isə Rəhimovla görüşü zamanı müdirinin əvəzindən üzr istəyərək bildirib ki, Maffeyin mövqeyi ilə razı deyil…
Arif Rəhimov: ” Çeyz bizi dəstəklədiyini və Maffeyin dedikləri ilə razı olmadığını qətiyyətlə bildirdi. O, mənə zəng etdi və dedi ki, bizim yarış barədə çoxlu xoş sözlər eşidib və yayda bizim yarışa baş çəkməyi planlaşdırır. Çeyz bildirdi ki, biz Formula1-in strateji tərəfdaşıyıq və bizim yarışı təqvimdə saxlamaq istəyir. Biz çox pozitiv söhbət etdik və çox sevindim ki, Formula1 rəhbərliyində heç də hamı Maffeyin mövqeyini dəstəkləmir.
Vaxtı gələndə biz müqavilənin şərtlərinə yenidən qayıdaraq dəyişəcəyik ki, daha çox hüquq və gəlir əldə edək. Düşünürəm ki, Formula1-in tərəfdaşlarına sata bilmədiyi sahələrdə promouterlər daha müstəqil olmalıdırlar…”