A.Rəhimov: “2019-cu ildəki yarışı iyun ayında keçirmək istəyirik”

Azərbaycan Qran Prisinin təşkilatçıları gələn ilin yarışını aprel ayına keçirməyi xahiş etsələr də, 2019-cu ildə yarışı iyun ayına qaytarmağa ümid edirlər.

F-1.az xəbər verir ki, 2018-ci ildə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Tədbirin əyləncə hissəsi Azadlıq meydanında – paddokun qurulduğu zonada baş tutacaq. Buna görə də, Rusiya Qran Prisinin yenidən payıza qayıtmasından sonra bizim yarışın aprelin 29-da keçirilməsinə qərar verilib.

Arif Rəhimov: “Biz təqvimdə daha erkən yer xahiş etdik. Gələn il iyunda Respublikanın 100 illiyi şərəfinə Azadlıq meydanında hərbi parad keçiriləcək. İyul ayından sonra isə sıx qrafik var, ona görə də bizə yer tapılmadı. Lakin biz 2019-cu ildə yenidən iyuna qayıtmaq istəyirik. Baxmayaraq ki, hava isti olur, amma biz həmin vaxt yarışın keçirilməsindən tam razıyıq.

Apreldə havanın temperaturu əsasən +15 dərəcəyə qədər yüksəlir. Deməzdim ki, çox soyuqdur, amma heç kim köynəkdə tribunada əyləşməyəcək. Mən düşünmürəm ki, gələn il hava şəraiti yarış və əyləncə proqramlarında azarkeşlərin davamiyyətinə mənfi təsir göstərəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*