A.Qarsiya: “Jenser Motorsport-un maşını ilə yarışacağım üçün çox xoşbəxtəm. Mövsüm çətin olacaq, öyrənməli və güclənməli olduğum çox sahə var. Mən sponsorlarıma, ailəmə və komanda rəhbərliyinə təşəkkür etmək istəyirəm, Bəhreyndə mövsümöncəsi sınaqlara başlamağı səbirsizliklə gözləyirəm!”.
Qeyd edək ki, Qarsiya EuroFormula-da keçən mövsümü cəmi 1 podiumla 116 xal topkayaraq 7-ci yerdə başa vurub.