A.Puiq: Markes istədiyi yerə gedə bilər

Honda komandasının rəhbəri Alberto Puiq bilditib ki, Markesin 2024-cü ilin sonuna qədər müqaviləsi olsa da, komandadan ayrılmaqda sərbəstdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm 13 dəfə yıxılıb. Bunlardan 5-i keçən həftə Almaniyada olub. O, zədələndiyi üçün əvvəlcə Almaniya, sonra isə Niderland yarışlarını buraxmalı olub.

Bəzi iddialara görə Honda ilə Markes arasında olan müqavilə vaxtından əvvəl ləğv oluna bilər.

Komandanın rəhbəri Alberto Puiq bildirib ki, Markes istədiyi komandaya getməkdə sərbəstdir: “Hazırda müqaviləmiz var, amma hər insan həyatda istədiyi şeyi etməkdə sərbəstdir. Honda onlarla xoşbəxt insanlarla işləyən şirkət deyil. Yəni ki, bir müqaviləmiz var və Honda Marka çox hörmət edir. Müqaviləyə güvənib, onun qalacağını düşünmək istəyirəm, amma gələcəyi görə bilmərəm”.

Qeyd edək ki, ispaniyalı sürücü bu il çıxdığı 3 yarışın 3-də də yıxılıb. Altıqat Dünya Çempionu bütün xallarını sprint yarışlarından toplayıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*