F-1.az xatırladır ki, Honda komandası ilk dəfə Fransada Kaleks şassisindən istifadə edib. Yeni şassini iki sürücü də yarışda sınayıb və onların ilkin təəssüratları müsbət yöndə olub.
Alberto Puig: “Bu layihə uzun müddət idi ki, davam edirdi. Onlarla uzun müddətdir ki, bir yerdə işləyirdik. Keçən aylarda gördüyümüz işlər özünü göstərməyə başladı və məncə müsbət yöndə addımlar atdıq.
Əlbəttə, hələ təkmilləşməli tərəflərimiz var. Şassi kimi şeyi beş dəqiqədə dəyişmək olmaz. Görüləcək işlər çoxdur və irəliyə doğru addımlar atmağa davam edəcəyik”.
Qeyd edək ki, Honda komandası sonuncu Fransa yarışında am heyətlə mübarizəni dayandırmışdı.