F-1.az xəbər verir ki, əfsanəvi sürücü Jan Todtla ikinci pilot rolunda Mixael Şumaxerin komanda yoldaşı olmaq imkanını müzakirə etdiyini bildirib.
Alen Prost: “Mənim çoxlu seçim imkanlarım var idi. Onlardan biri Peugeot mühərrikləri olan McLaren idi – komanda çoxlu pul təklif etdi, çox şey təklif etdi. Mən imtina etdim. Bir neçə ildən sonra McLaren və hətta Ferrari ilə müqavilə bağlamağa yaxın idim. Jan Todt Mixael Şumaxerlə işləməyə başlayanda onunla danışdım.
Jan ilə danışdıq və mən ona aydınlığa ehtiyacım olduğunu söylədim – komandaya gəlsəm, ikinci pilot olacağam və Mixaelin titul qazanmasına kömək edəcəm. İstəmirdim ki, mətbuatda hər hansı mübahisə olsun. Mixael birinci pilotdur, mən isə ikinciyəm, mənim vəzifəm kömək etməkdir.
Todt və Şumaxerə kömək edə bilərdim, çünki Formula1-ə bir neçə illik fasilədən qayıtdıqdan sonra onunla mübarizə apara bilməyəcəkdim. Bu, dəlicə idi, amma mənə maraqlı gəlirdi. Niyə alınmadı? Jandan soruşmağa dəyər. Bəlkə də başa düşdü ki, bu, çətin olacaq. Bəs niyə cəhd etmədi? Yaşı normal qəbul etmək lazımdır. Əgər rollar aydın idisə, niyə də olmasın?”