F-1.az xatırladır ki, filmdə Ayrton Senna və Alen Prostun arasında gedən rəqabətdən bəhs edilib. Lakin fransalı sürücü filmdə mənfi obraz kimi göstərilib.
Alen Prost: “Senna filmindən doğrudan da nifrət edirəm. Daha yaxşı film çəkə bilərdilər. Fərqli hekayə ola bilərdi. Saatlarla davam edən reportajdan sonra ortaya belə biabırçı film çıxarmaqları pisdir. Filmdə mən pis, Senna isə yaxşı adam olub. Bu, çox acınacaqlıdır”.