A.Prost: Sennanın motivasiya mənbəyi mən olmuşam

F-1.az xəbər verir ki, dördqat dünya çempionu Alen Prost McLaren-də komanda yoldaşı olmuş Ayrton Senna ilə əfsanəvi rəqabətləri haqqında xatirələrini bölüşüb.

Alen Prost: “Peşəkar karyeramı bitirmək qərarına gəldikdən sonra Ayrtonla çox danışdıq. Onun pis olduğunu hiss etdim. Tez-tez, bəzən həftədə iki dəfə mənə zəng edirdi. Mən olmayanda özünü itirdi. Onun motivasiya mənbəyi mən olmuşam. Bunu başa düşmək çətindir. Senna ilə inanılmaz psixoloji və insani hekayələrin iştirakçısı olduq və mənim gözəl xatirələrim var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*