A.Prost sakit və yetişkin Ferstappendən təsirlənib

Sabiq Formula1 sürücüsü Alen Prost İspaniya QP-nin qalibi Maks Ferstappenə heyran olduğunu bildirib, ancaq onu keçmişdəki ulduzlarla müqayisə etməyin tez olduğunu düşünür...

F-1.az bildirir ki, Formula1 üzrə 4 qat Dünya Çempionu Prost gənc Maks Ferstappenin Formula1 karyerasının əvvəlindən bəri göstərdiyi performansı bəyənib.

Alen Prost: “Biz hamımız fərqliyik, müqayisə etmək də olar, etməmək də. Keçən il onu Avstriyada fərqli bir tədbirdə gördüm. Çox yetişkən, sakit və güclü görünürdü.

Keçən il Monakoda keçirdiyi qəzanı xatırlayaq. Suallara verdiyi cavablar, jurnalistlər sıxışdıranda göstərdiyi reaksiya… 17 yaşlı uşağa görə çox fərqli idi.

Hamının xasiyyəti bir deyil. Eyni vəziyyətdə Şumaxer özündən razı formada davranardı. Bilmirəm. Ən yaxşısı müqayisə etməməkdir”.

Prost bildirib ki, İspaniyada Ferstappenin üzərində müsbət yönlü təzyiq olub və digər Red Bull sürücülərinin işləri artıq çətindir: “Onun üzərində neqativ təzyiq yox idi. O cür təzyiqlər Rikkardo və Kvyatda da var idi, çünki itiriləcək çox şeyləri var idi.

Maksın isə itirəcək heç bir şeyi yox idi. Amma o, həftəsonunu səhv etmədən başa vurdu. Bu, təsiredici idi. Hamının nəzəri onda idi. Yeyilmiş təkərlərlə son dövrələrdə əla performans göstərdi.

Bu asan deyil. Bolidləri idarə etmək artıq daha asandır və indiki dövrdə sürücülər karyeralarına daha tez başlayırlar.

Təcrübə qazanırlar və sistemə öyrəşirlər. Bolidlər çox fərqlidir”.

Jurnalistlər Prostdan “özünün 18 yaşında necə olduğunu” soruşublar: “Yarış məktəbinə gedə bilmirdim, çünki sürücülük vəsiqəsi tələb edilirdi. Mən 19 yaşında yarış avtomobili sürməyə başladım. Kartinq sürürdüm və sakit deyildim. Amma mən inanmıram ki, Maks da kartinqdə sakit olub”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*