F-1.az xatırladır ki, Rosberq sona 4 yarış qalmış 33 xal fərqlə liderdir.
Alen Prost: “33 xal fərqlə lider olmaq çox vacibdir. Mövsümün bitməsinə 4 yarış qalmış belə fərqlə irəlidə olmaq mövsümün ilk 4 yarışını qazanmaqdan çox vacibdir. Hazırda həm liderliyi qorumalı, həm də psixoloji cəhətdən stabil olmalıdır. Bu, həmişə asan deyil. Bu cür liderliyi qorumaq həmişə asan olmayıb. Xüsusən də, bütün dünyanın ona qarşı olduğunu düşünən Həmiltona qarşı.
Amma hər şey dəyişə bilər. Rosberq yarışxarici qalsa, Lyuis mübarizəni yenidən qızışdıra bilər.
Rosberq mövsümün sonunda – “necə olur ki, 9 yarış qazanırsan, amma çempion ola bilmirsən?” – sualını eşitmək istəmir”.