F-1.az xəbər verir ki, əfsanəvi fransız pilotun Renault-nun Formula1 komandasına rəhbər gətiriləcəyi gözlənilirdi. Amma bu, baş vermədi.
Alen Prost: “Komandanın səfiri rolunu davam etdirəcəm. İşimin böyük hissəsi Formula E-dəki komandamızla (Renault e.dams komandası) bağlı olacaq. Bəlkə bir neçə kanal ilə müqavilə bağlayaram və fərqli işlər görə bilərəm.
Hər işi eyni vaxtda görmək mümkün deyil. Bu, problemlər yaradar. İşlərin pozulmasını istəmirik. İlk vaxtlar çətin ola bilər, amma səfirlik rolunun başqa işlər görməyə imkan verəcəyini düşünürəm”.