A.Prost müştərilərdən qorxur?

Renault komandasının məsləhətçisi Alen Prost bildirib ki, müştəri komandaları çox güclüdür.

F-1.az xatırladır ki, fransızlar gələn il McLaren və Red Bull komandalarını mühərriklə təmin edəcəklər…

Alen Prost: “Renault 2018-ci ildə çox güclü komandaları mühərriklə təmin edəcək və onlar bizi qabaqlaya bilərlər. Bu təzyiq əmələ gətirsə də, mən yaranan təzyiqi öz lehimə çevirməyin tərəfdarıyam. Gələn ilə yaxşı hazırlaşmalı və inkişaf etməliyik. Resursumuz çoxdur. Bunlardan düzgün istifadə etsək, Renault yenidən zirvəyə qayıda bilər. Mühərrik verdiyimiz komandalardan da geribildirimlər alacağıq və bunlardan maksimum istifadə etməliyik. Artıq qalib gəlmək istəyirik və bunun üçün yaxşı işlər görməliyik. Özümüzə inanırıq və güclü mövsüm keçirə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*