A.Prost: “Mühərriklər baha deyil”

Renault komandasının məsləhətçisi Alen Prost bildirib ki, müasir Formula1 mühərrikləri elə də baha deyil.

F-1.az xatırladır ki, turbo mühərriklər həm qarışıq, həm də baha olmasına görə bəzi komandalara çətinlik yaratmışdı. Manor və Caterham iflasa uğrayıb idmandan getmiş, iflasın bir addımlığına gələn Lotus komandası Renault-ya, Sauber komandası isə Longbow Finance şirkətinə satılmışdı.

Alen Prost: “2001-ci ildə Prost GP-nin rəhbəriykən mühərriklərin xərci 28 milyon dollar olmuşdu. 2002-ci ildə yarışsaydıq, xərclər 31 milyona qalxacaqdı. İndi isə xərclər 15-17 milyon dollar aralığındadır. İstehsalçılar qarışıq texnologiyaya baxmayaraq, xərcləri salıblar.

2021-ci ildə Formula1-in necə olacağını bilmirik. Şassi xərclərinin azalmasından başqa mükafatların necə paylanacağı da vacib amildir. MGU-H generatorunu çıxarıb mühərrikləri bəsitləşdirmək və xərcləri azaltmaq əla addımdır. Amma xərclərin azalmasını istəyiriksə, aerodinamikaya da əl gəzdirməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*