F-1.az xatırladır ki, McLaren gələn ildən etibarən Renault mühərriklərindən istifadə edəcək.
Alen Prost: “McLaren kimi böyük komanda ilə müqavilə bağladığımız üçün xoşbəxtik. Bu hər iki tərəf üçün də müsbət haldır. Bizim üçün də uzun proses oldu. McLaren ilə olan ortaqlığımız bizə uzun müddətdə fayda gətirəcək. Tezliklə işləməyə başlamaq istəyirik. Təbii ki, bunun riskləri də var. Bolidləri güclüdür və yaxşı motora ehtiyacları var. Amma biz bilirik ki, Renault hamını məğlub edə bilər. Gələn il böyük addım atmaq üçün əlimizdən gələni edəcəyik”.