A.Prost: İnsanlar uğurlarımı alçaldırlar

Formula1-in əfsanəvi sürücüsü Alen Prost düşünür ki, insanlar onun karyerasına barmaqarası baxırlar.

F-1.az xatırladır ki, fransalı sürücü 4 dəfə Dünya Çempionu olub, 4 dəfə isə ikinci yeri tutub. O, 51 dəfə yarış qazanıb və bu statistikada Həmilton və Şumaxerdən geridə qalır.

Alen Prost: “Məndən 40 ildir ki, kimin ən güclü olduğunu soruşurlar. Buna heç vaxt cavab verməmişəm, çünki Fanxionun maşınını sürsəm belə, onun kimi güclü olardım. O, öz dövrünün ən güclüsü idi. Bizim dövrümüzdə isə mən və Senna ən güclülərdir. Şumaxer və Həmilton da öz dövrlərinin güclüləridir. Lakin insanlar mənim uğurlarımı kiçildirlər.

Məndən Senna ilə olan rəqabətdən soruşurlar. Mən birdən çox titulu olan tək sürücü idim və əlimdən gələn qədər komanda yoldaşlarıma kömək etdim. Ayrton Senna ilə də vəziyyət belə idi. Onun McLaren-ə keçməsini mən istəmişdim. Heç vaxt birinci sürücü olmaqla bağlı müqavilə imalamamışdım. Bəlkə də bu hal mənim əleyhimə idi. Amma mən normal adamam. Normal adamları isə sevmirlər.

Özümə tez-tez bunu deyirəm – Mən Seyn-Şamondan, kiçik bir qəsəbədən gəldim. Ailəmin heç pulu yox idi. Hər şeyi özüm əldə etdim. Menecerim yox idi. Burnum əyri, saçlarım qıvırcıq idi. Lakin 4 dəfə Dünya Çempionu oldum və 51 yarış qazandım. Bəzən çox güclü bolidlərlə yarışdım, ancaq başqa zamanlarda boliddən maksimumu aldım və 4-cü oldum. Bu barədə danışan yoxdur. Mən də yeddi dəfə çempion ola bilərdim. Bəzən bəxtimiz gətirmədi. Rəqiblərimiz hiyləgərlik etdi, xal sistemi dəyişdirildi. Ancaq perşman deyildim. Bir çempionluq artıq qazansam, həyatımda nə dəyişəcəkdiki?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*