A.Prost: “İnsan faktoru çoxalmalıdır”

Renault komandasının məsləhətçisi Alen Prost Formula1-də insan faktorunun daha üstün olmasını istəyir.

F-1.az xatırladır ki, Formula1 2014-cü ildən hibrid mühərriklərə keçib və bundan sonra idman texnoloji cəhətdən mürəkkəbləşib. Prost V6 mühərriklərdən razı olsa da, idmanda insan faktorunun az olmasından narazıdır: “Çoxlu texnologiya və məlumatın olduğu dövrdəyik. Bu, əladır. Böyük mühərrik istehsalçıları üçün yaxşı rəqabətdir. Amma Formula1 daha çox istedadlara, surprizlərə və strateji addımlara yer verməlidir. İdmanda insan faktoru çox olmalıdır. Texnologiyaya fokuslanmağı azaltmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*