F-1.az xatırladır ki, Saynsı keçən il Ferrari, Mercedes və Renault kimi komandalar istəsələr də, Kristian Horner ispaniyalı sürücünü komandadan buraxmamışdı.
Alen Prost: “Karlos çox istedadlıdır. Ümid edirəm ki, bir gün güclü komandada yarışar. Ferrari-nin yerində olsaydım, onu transfer edərdim. Onsuz da bir neçə ay əvvəl Saynsı Ferrari-yə mən tövsiyə etmişdim. Bu da mənim ona olan simpatiyamı göstərir.
Biz hazırda Renault olaraq sürücülərimizdən razıyıq. Hər hansı bir sürücü ilə danışıqlar aparmırıq. Təbii ki, Karlosu komandada görmək istəyərdim, amma sürücü heyətimizdən razıyıq. İspaniyalı sürücünün güclü komandada yarışacağına əminəm”.