A.Prost: “Fettel özünə gəlməlidir”

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost bikdirib ki, Fettel tezliklə özünə gəlməlidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü son illərdə etdiyi səhvlərlə gündəmə gəlib. 32 yaşlı pilot sonuncu Britaniya yarışında da Ferstappenlə insident yaşayaraq xalsız qalıb.

Alen Prost: “Orada vəziyyəti düzgün qiymətləndirmədiyi üçün qəza etdi. Hazırda ən yaxşı günlərini keçirmir. Rəqibi onu keçmişdi və əks hücumla yerini qaytarmaq istədi. Lakin Sebastyan çox cəsarətli addım atmadı. Bəlkə də, motivasiyası yox idi və vəziyyəti ciddiyə almadı. Təzyiq altındadır və mövsüm sonunda karyerasını bitirə bilər. Hər həftə belə söz-söhbətlər eşidə bilərik. Çətin günlər yaşayır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*