F-1.az xatırladır ki, Ferstappen Toro Rosso-dan Red Bull-a keçən kimi 18 yaş 228 günlüyündə qələbə qazanaraq, Formula1 tarixinin qələbə qazanan ən gənc sürücüsü olmuşdu.
Prost isə Ferstappenin cəsarəti və istedadı barədə ağızdolusu danışıb: “O, Formula1-in yeni göz bəbəyidir.
O mükəmməl yarışaraq, qalib gəldi və mən uzun müddətdir ki, belə performans görmürdüm. Həftəsonu ərzində bir dənə də olsun səhv etmədi və yarışboyu Rəykkönenin təzyiqlərinə dözərək, onu arxasında tuta bildi”.
Prost bundan başqa bildirib ki, Ferstappenin qazanmasında Mercedes sürücülərinin yarışxarici qalmasının böyük rolu olub, amma əlavə edib ki, performansının səbəbi kimi bunu göstərmək doğru deyil: “Mercedes-lərin yoxluğundan maksimum istifadə etdi və yarışı qazandı. O çox yetişkəndir və bu, hamımızı təəccübləndirdi.
Bu, gələcəkdəki çempionluğun göstəricisidir. Hələ 18 yaşında olmasına baxmayaraq, çox sürətlidir. O, indidən əsl ulduzdur”.