F-1.az xəbər verir ki, Formula1-də turbo mühərriklər erası tənqid edilir və hətta Formula1-in rəhbəri Berni Ekklstoun da Formula1-i tənqid edir.
Amma Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost elə düşünmür: “Formula1 məhsul kimi o qədər də pis deyil. İnsanlar Mercedes AMG-nin hegemonluğundan şikayət edir, amma Formula1-də vəziyyət həmişə belə olub.
Jurnalistlər ortaya bir mövzu atır və onu tənqid edirlər. Təbii ki, hamının fikri fərqlidir, amma işlər o qədər də pis vəziyyətdə deyil”.
Prost yeni sıralanma turu formatı barədə də təəssüratlarını bildirib: “Yeni reqlamenti görmədən tənqid etmək istəmirəm. Ümid edirəm ki, heç bir dəyişiklik olmaz. Hamı Formula1-də dəyişiklik etmək istəyir”.