A.Prost: “DRS və V6 mühərriklər ləğv olunsun”

Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost bildirib ki, idmanın hazırkı vəziyyətindən narazıdır və dəyişikliyə ehtiyacları var.

F-1.az xatırladır ki, Formula1 komandaları 2014-cü ildən etibarən V6 turbo mühərriklərdən istifadə edirlər. Bu mühərriklər normal atmosfer V8 mühərriklərdən güclü olsalar da, səslərinə görə azarkeşlərin sərt tənqidləri ilə üzləşirlər.

Alen Prost: “Bir az bəsit və ucuz olmalıdır. Amma mühərriyin elektrik tərəfini də saxlamaq lazımdır. 1980-ci illərin turbo mühərriklərinə baxanda, onları sürdüyümə inana bilmirəm. Ayağım oxdan öndə idi və heç bir təhlükəsizlik tədbirləri görülmürdü. İndi düşünürəm ki, bu əsl dəlilik olub. O bolidlər sürücülər üçün çox çətin idi. Bu yaxınlarda 1983-cü ildəki Renault RE40-mı sürməyə çalışdım və bolidə mindikdən sonra nə edəcəyimi xatırlaya bilmədim. Öz-özümə, – “mən bunu necə etmişdim?”, – soruşdum.

Avtoidmandakı süni hər şeydən uzaq durmalıyıq. Bir ötmə çətin və xüsusi deyilsə, onda azarkeşlər üçün heç bir mənası qalmaz. DRS-nin olmamasını istəyərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*