F-1.az xatırladır ki, Rosberqin istefasından sonra Mercedes onun əvəzinə Bottası gətirmiş və birillik müqavilə bağlamışdı.
Alen Prost: “Məncə, Valtteri çox keyfiyyətli sürücüdür. İnanmıram ki, bütün yarışlarda Lyuisdən geri qalsın. Məncə, güclü rəqabətin içində olacaqlar və onları izləmək bizə həzz verəcək. Mercedes-də birinci və ikinci sürücü söhbəti olmur. Bu da Valtteriyə kömək edəcək.
Lyuisi məğlub etmək asan deyil. Onsuz da uzun illərdir ki, komandadır və hər şeyi yaxşı bilir. Amma nə olursa-olsun, Valtterinin bir şansı var”.