F-1.az xatırladır ki, ispaniyalı sürücü növbəti mövsüm Renault ilə idmana qayıdacaq. Fransa təmsilçisi daha əvvəl dördqat Dünya Çempionu Sebastyan Fettellə danışıqlar aparsa da, Fernando Alonsonu gətirməyə qərar verib.
Alen Prost: “Üç güclü sürücü ilə danışıqlar apardıq – Alonso, Fettel və Bottas. Sebastyanın motivasiyası olmadığı üçün gəlmə ehtimalı az idi. Valtteri isə ən yaxşı maşını sürür. Biz yeni layihəmizə həvəslə yanaşacaq adam istədik. Fernando Formula1-siz illərində çox dəyişib və daha yetişkin olub”.